AZ

Neymar DÇ-də iştirak edəcək? – Ançelotti açıqladı

Neymarın gələn il keçiriləcək DÇ-2026-da Braziliya millisinin heyətinə düşüb-düşməyəcəyi hələ də sual altındadır.

Apasport.az xəbər verir ki, hazırda “Santos”u yerli çempionatda düşməkdən xilas etməyə çalışan hücumçu bu proseslə Dünya Çempionatına çağırılmaq şansını artırmağa çalışır.

Baş məşqçi Karlo Ançelotti isə məsələ ilə bağlı ehtiyatlı danışıb:

“Başa düşürəm ki, hamının Neymarla bağlı böyük marağı var. Amma bir məqamı dəqiqləşdirim: Hazırda dekabrdır, Dünya Çempionatı isə iyunda olacaq. Heyəti mayda açıqlayacağam. Əgər Neymar buna layiq olsa, sağlam olsa və digərlərindən daha yaxşı və ya ən azı onlar qədər oynasa, mundialda iştirak edəcək”.

Qeyd edək ki, Neymar son dəfə Braziliya millisinin heyətində 2023-cü il 18 oktyabrda Uruqvaya qarşı keçirilmiş seçmə oyununda meydanda olub - 0:2.

Penalti gərginliyi böyüdü: "Fənərbaxça" prezidentindən TFF-yə təcili görüş tələbi

"Fənərbaxça" "Qalatasaray"–"Samsunspor" oyunundan sonra sərt bəyanat yayıb

“Qalatasaray” 3 xalı 3 qolla qazanıb

"Real" PSJ-yə 150 milyon avro ödəyəcək

“Beşiktaş” Tammi Abrahamla yolları ayıra bilər

Seçilən
45
1
apasport.az

2Mənbələr