AZ

Berlin polisi şübhəli şəxslərin evlərinə gizli daxil ola biləcək

Almaniya parlamenti polisə gizli şəkildə sakinlərin evlərinə və şübhəli şəxslərin elektron qurğularına daxil olmağa imkan verən islahatları təsdiqləyib.

Məlumatı "Heise" yayıb.

Qanun bəzi məqamlarda ev sahiblərinə xəbər vermədən onların mənzilinə daxil olmağı və elektron qurğulara məxfi proqram təminatı quraşdırmağı məqbul sayır.

İslahat, eyni zamanda, polisə həyati təhlükə zamanı fərdi evlərdə yaxa kameraları gəzdirməyə imkan verir.

Polis bundan sonra fərdi məlumatlardan süni intellektin öyrənilməsi və sınaqdan keçirilməsi məqsədilə də yararlana biləcək.

Hökumət hesab edir ki, bu islahatlar rəqəmsal dövrdə terrorizmlə mübarizəyə adaptasiya üçün zəruridir. İctimaiyyət arasında isə yeni qaydalar narazılığa səbəb olub, onları insanların şəxsi həyatına müdaxilə kimi qəbul edirlər.
Seçilən
105
7news.az

1Mənbələr