Bakı. Trend:
Nəsimi rayonu ərazisində gecə saatlarında naməlum şəxs yaşayışbinasının həyətindəki “Mercedes” markalı avtomobildən 6500 manatpul oğurlayıb. Avtomobil sahibi bu barədə polisə müraciət edib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumatverilib.
Bildirilib ki, Nəsimi RPİ 21-ci Polis Şöbəsi əməkdaşlarınınkeçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllərdəfələrlə məhkum olunmuş 42 yaşlı F.Həsənov müəyyən olunaraqsaxlanılıb.
Rayon ərazisində digər bir nəfərin 1200 dollar pulunu dələduzluqyolu ilə ələ keçirməkdə şübhəli bilinən 52 yaşlı R.Məmmədov dapolis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.