AZ

Hikmət Hacıyev: "Biz Cənubi Qafqazda yeni reallıqları və yeni status-kvonu qururuq"

Ajans.az "Al Jazeera"ya istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Doha forumu çərçivəsində "Ermənistan-Azərbaycan davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək" adlı panel müzakirəsində bildirib. Hikmət Hacıyev ABŞ-nin vasitəçiliyi ilə Ermənistanla əldə edilmiş razılaşmanın Cənubi Qafqaz regionunda qanunu və hüququ, həmçinin beynəlxalq hüququn rəhbər prinsiplərini təmin edəcəyini vurğulayıb: "Biz ədalətli sülhə əsaslanaraq, Cənubi Qafqaz regionunda yeni reallıqları və yeni status-kvonu qururuq".
Seçilən
151
Ajans.az

1Mənbələr