ain.az, Bizimyol portalına istinadən məlumat verir.
ABŞ-ın NATO-dakı Daimi Nümayəndəsi Metyu Uitaker Şimali Atlantika Alyansı ilə Rusiya arasında münaqişə ehtimalını çox aşağı adlandırıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Uitaker Doha Forumunun sessiyasında çıxış edərkən bildirib.
"Düşünürəm ki, bunun yaxın zamanda və ya nə vaxtsa baş vermə ehtimalı çox aşağıdır", - deyə o, "YouTube"da yayımlanan çıxışında qeyd edib.
O, ABŞ-ın NATO-nun kollektiv müdafiə öhdəliyinə ciddi yanaşdığını vurğulayıb. Rusiya Prezidenti Vladimir Putin əvvəllər Avropa siyasətçilərinin Rusiya ilə mümkün müharibə ilə bağlı "eyhamları" cəfəngiyat adlandırıb.
Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxış edərək Rusiyanın heç vaxt NATO-ya və ya Aİ-yə hücum etməyəcəyini və etmək niyyətində olmadığını vurğulayıb.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.