AZ

Almaniya Kansleri İsrailə səfər edəcək

Almaniya Kansleri Freidrix Merts ilk Yaxın Şərq turu çərçivəsində əvvəlcə İordaniyaya, daha sonra İsrailə səfər edəcək.

"Cebheinfo.az" xəbər verir ki, Freidrix Mertsin bu İordaniya və İsrailə ilk rəsmi səfəridir.

Səfərin İsrail mərhələsi, Berlinin Qəzzadakı əməliyyatlara etiraz olaraq tətbiq edib sonradan ləğv etdiyi qismən silah embarqosundan sonra gerçəkləşir.

Kansler siyasi danışıqlarla yanaşı, İsrailin milli Holokost və qəhrəmanlıq abidəsi olan "Yad Va Şem" muzeyini də ziyarət edəcək. Vətəndaş cəmiyyəti təmsilçiləri və ziyalılarla qeyri-rəsmi görüşlər də proqramda yer alır.

Səfər Freidrix Merts üçün çətin diplomatik sınaq hesab olunur. Belə ki, İsrailin Qəzzaya hücumları və bu müddətdə 70 mindən çox fələstinlinin həlak olması Almaniyada və Avropada ciddi etirazlara səbəb olub.

Merts İsraillə təhlükəsizlik əməkdaşlığını davam etdirmək istəsə də, eyni zamanda Qəzzadakı hərbi əməliyyatlar səbəbilə artan tənqidlərə cavab verməli olacaq.

Şənbə günü Merts əvvəlcə İordaniyaya gedərək Ammanda Kral II Abdulla ilə görüşəcək. Daha sonra həmin gün Qüdsə keçməsi gözlənilir.

Bazar günü İsrail Baş naziri Benyamin Netanyahu ilə bir araya gələcək. Ardınca israilli vətəndaş cəmiyyəti təmsilçiləri və intellektuallarla mətbuata açıq görüşlər keçirəcək.

Seçilən
122
cebheinfo.az

1Mənbələr