Yeniavaz saytına istinadən ain.az xəbər verir.
2025-ci ildə ABŞ-də “Google”da ən çox axtarış mühafizəkar fəal Çarli Kirkin qətli, “K-Pop Demon Ovçuları” cizgi filmi və yeni “iPhone 17” ilə bağlı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Google Trends”də öz əksini tapıb.
Məlumata görə, siyahıya həmçinin Çinin “DeepSeek” neyron şəbəkəsi, ABŞ hökumətinin ən uzunmüddətli “şatdaun”u (44 gün), FIFA Klublararası Dünya Kuboku və tarif məhdudiyyətləri daxil olub.
Ən çox “axtarılan” şəxslər arasında isə əsas yerləri Zoxran Mamdani, Çarli qətlində şübhəli bilinən Tayler Robinson və repçi D4vd tutub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.