AZ

"Android" smartfonları təcili yenilənməlidir: Telefonlarınız ələ keçə bilər

"ZDNet" nəşrinin jurnalistləri "Android" əməliyyat sistemi üçün təhlükəsizlik yeniləməsinin yayımlandığını bildiriblər. Yenilənmə yüzdən artıq təhlükəsizlik boşluğunu aradan qaldırır.

Ölkə.Az xəbər verir ki, material media resursunun saytında dərc olunub.

Müəlliflərin xatırlatdığına görə, dekabrın əvvəlində "Google" mühəndisləri "Android Open Source Project" (AOSP) ekosistemində 107 boşluq aşkar etdiklərini açıqlamışdılar. Bu zəifliklər "Android 13"dən başlayaraq "Android 16"ya qədər bütün versiyalara təsir edirdi. Dekabrın 5-də isə "Google" problemləri aradan qaldıran yeniləməni hazırlayıb istifadəyə verdiyini açıqlayıb.

Mütəxəssislər bildiriblər ki, bəzi zəifliklər xüsusilə təhlükəlidir. Onlardan ikisi — CVE-2025-48633 və CVE-2025-48572 — yüksək təhlükə səviyyəsi alıb. ABŞ-ın Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) də bu boşluqlara xüsusi diqqət çəkib. Bu səbəbdən Android istifadəçilərinə yeniləməni mümkün qədər tez yükləyib quraşdırmaq tövsiyə olunur.

Jurnalistlər qeyd ediblər ki, kritik boşluqlar, adətən, "Android"in nüvəsini əhatə edir.

“Bu cür zəifliklərdən istifadə edənlər cihazın daxili sistemlərinə giriş əldə edə bilər ki, bu da cihazı tam nəzarətə götürmək imkanı verir”, — deyə mütəxəssislər vurğulayıblar.

Bundan əvvəl "Samsung" smartfonları üçün "One UI 8.5" böyük sistem yeniləməsinin detalları şəbəkəyə sızdırılmışdı. Yeniləmənin ilin sonuna qədər təqdim olunacağı gözlənilir.

Seçilən
33
1
olke.az

2Mənbələr