AZ

Rassell üçüncü məşqi zirvədə tamamladı - Əbu-Dabi Qran-prisi

Dekabrın 6-da “Yas Marina” trasında Formula-1 üzrə 2025-ci il mövsümünün final mərhələsinin üçüncü və son sərbəst yürüşü baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, sessiyada ən sürətli dövrəni “Mercedes” pilotu Corc Rassell göstərib.

“Maklaren” sürücüsü və şəxsi birinciliyin lideri Lando Norris ikinci nəticəyə imza atıb. Üçüncü pillədə isə “Red Bull” pilotu Maks Verstappen qərarlaşıb.

Pit-leyndə insident də qeydə alınıb. “Mercedes” sürücüsü Andrea Kimi Antonelli boksları tərk edərkən təsadüfən “Red Bull” pilotu Yuki Tsunodanın bolidinə çırpılıb. Zərbədən sonra Tsunoda sessiyanı vaxtından əvvəl dayandırmalı olub və sürətli cəhdlər etməyib.

Formula-1, Əbu-Dabi Qran-prisi – 3-cü sərbəst yürüşün nəticələri

Corc Rassell (“Mercedes”) — 1:23.334

Lando Norris (“Maklaren”) +0.004

Maks Verstappen (“Red Bull”) +0.124

Fernando Alonso (“Aston Martin”) +0.251

Oskar Piastri (“Maklaren”) +0.259

Esteban Okon (“Haas”) +0.271

Oliver Berman (“Haas”) +0.275

Şarl Lekler (“Ferrari”) +0.341

Andrea Kimi Antonelli (“Mercedes”) +0.373

Aleks Albon (“Uilliams”) +0.388

Qabriel Bortoletto (“Kick-Sauber”) +0.457

Karlos Sains (“Uilliams”) +0.477

Niko Hyulkenberq (“Kick-Sauber”) +0.536

Lens Stroll (“Aston Martin”) +0.561

Liam Lauson (“Racing Bulls”) +0.613

İsak Hacjar (“Racing Bulls”) +0.645

Pyer Qasli (“Alpine”) +0.738

Lyuis Həmilton (“Ferrari”) +1.136

Franko Kolapinto (“Alpine”) +1.167

Yuki Tsunoda (“Red Bull”) +1.369

Seçilən
51
90deqiqe.az

1Mənbələr