AZ

Ukrayna müharibəsində 11 ci dəfə təkrarlandı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Ukraynada müharibə başlayandan bu yana Zaparojye Atom Elektrik Stansiyasının elektrik təchizatı 11-ci dəfə kəsilib”. 

Globalinfo.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi açıqlayıb. 

Onun sözlərinə görə, hadisə şənbə günü, dekabrın 6-na keçən gecə baş verib:

“Elektrik kəsintisi təxminən 30 dəqiqə davam edib. Yarım saatlıq fasilədən sonra 330 kilovoltluq xəttə yenidən qoşulub, lakin 750 kilovoltluq xəttə qoşulma hələ də pozulur. Zaparojye AES  iki yüksək gərginlikli elektrik xətti ilə təmin edilir: Rusiya tərəfdən 750 kilovoltluq Dneprovskaya xətti və 330 kilovoltluq Ukraynanın Ferrosplavnaya-1 xətti”. 

Əliyar Xəlil

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
74
globalinfo.az

1Mənbələr