“Rusiya qüvvələri o qədər alçaq hərəkətə əl atıb ki, Müqəddəs Nikola günü münasibətilə mülki şəhərlərə raket zərbələri endirir”.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenski qeyd edib ki, Rusiya tərəfindən 650-dən çox dron və 51 raket, o cümlədən ballistik və aerobalistik raketlər buraxılıb.
“Hazırda rusların gecə hücumlarından sonra mülki infrastrukturun bərpası işləri davam edir. Təəssüf ki, dağıntılar mövcuddur.
Fastov şəhərində dron hücumundan əsas dəmiryolu stansiyasının binası yanıb. Bundan əlavə, Kiyev vilayətində müəssisələrə və yaşayış binalarına da zərbələr endirilib.
Dnepropetrovsk, Çerniqov, Zaporojye, Odessa, Lviv, Volın və Nikolayev vilayətlərində də hücumlar olub. Regionalarda yaralananlar var və hamıya yardım göstərilir”, — deyə Zelenski bildirib.