AZ

Gürcüstandan əcnəbilərlə bağlı QƏRAR – Bundan sonra…

2026-cı il yanvarın 1-dən etibarən Gürcüstan ərazisinə daxil olan əcnəbilər üçün tibbi sığorta məcburi olacaq.

NOCOMMENT.az xəbər verir ki, yeni qaydaya görə, ölkəyə giriş zamanı təqdim ediləcək sığorta polisləri(sığortalanan şəxslə sığorta şirkəti arasında bağlanmış rəsmi razılaşma) minimum $5 000 ambulant və $30 000 stasionar xərcləri əhatə etməlidir. Bu, qəza, qəfil xəstəlik və tibbi evakuasiya xidmətlərini də əhatə edir.

Sığorta polisinin olmaması qayda pozuntusu hesab ediləcək və bunun nəticəsi kimi 300 lari ($110) məbləğində cərimə tətbiq oluna bilər və ya ölkəyə girişdən imtina edilə bilər.

Qeyd edək ki, əvvəllər tibbi sığorta sadəcə tövsiyə xarakteri daşıyırdı, indi isə tam məcburi tələblərdən biridir.

Seçilən
93
nocomment.az

1Mənbələr