AZ

Avropa öz gücünü doğru qiymətləndirmir - Kaya Kallas

Avropa öz gücünü, xüsusilə Rusiyaya qarşı gücünü olduğundan az qiymətləndirib. Biz özümüzə daha çox inanmalıyıq.

Day.Az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas "Doha Forumu"nda çıxışında deyib.

 

"ABŞ hələ də bizim ən böyük müttəfiqimizdir. Biz də ABŞ üçün ən böyük müttəfiq olaraq qalırıq. Avropanın güclü və davamlı olması ABŞ-nin də maraqlarına uyğundur. Biz hər mövzuda həmişə eyni fikirdə olmamışıq, amma fikrimcə, ümumi prinsip dəyişməyib: biz ən böyük müttəfiqlərik və birlikdə qalmalıyıq", - deyə Kallas vurğulayıb.

Seçilən
59
6
day.az

7Mənbələr