AZ

"Kurban Berdiyev nəticəyə önəm verir, futbolun baxımlılığına yox" - VİDEO

"Bir tərəfdən baxanda, komandanın orta sahəsində topla yaxşı rəftar eləyən, yaradıcılığı yuxarı olan oyunçular var.

O biri tərəfdən baxanda "Turan Tovuz" baxımlı oynamır".

Bu fikirləri ATV telekanalında efirə gedən "Futbolumuz" verilişinin eksperti Emin Abbasov səsləndirib.

Tanınmış teleşərhçi Premyer Liqada çemprionluq uğrunda mübarizə aparan \"Turan Tovuz" barədə danışıb.

O, ötən mövsümdən baş məşqçi postunu tutan Kurban Berdiyevin baxımlı oyun tərzinə yox, nəticəyə önəm verdiyini sözlərinə əlavə eləyib.

Qərb klubu ölkə kubokunda ¼ final mərhələsinə vəsiqə qazanıb. Premyer Liqada 13 tura 24 xal toplayan komanda turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
23
sportinfo.az

1Mənbələr