AZ

"Evdə tək"in aktyorları 33 il və indi - VİDEO

“Yeni il” deyəndə ağla gələn filmlərdən biri şübhəsiz ki, ABŞ istehsalı “Evdı tək” filmidir.

Ölkə.Az xəbər verir ki, 33 ildir efirlərdə yeni il ərəfsində yayımlanan bu film hələ də maraql izlənilir.

Hər il filmlə yanaşı, layihədə rol alan aktyorların əvvəlki və indiki halları gündəmə gəlir və maraqla qarşılanır.

Bu il isə süni intellektlə “Evdə tək 2” aktyorlarının 33 il əvvəlki və indiki halları yan-yana gətirilib.

Filmdə Piter və Keytin oğlunu canlandıran Kevin Makkalister rolund Makaley Kalkin oynayıb. O, filmə çəkiləndə 12 yaşında idi. Hazırda 45 yaşı olan aktyor 2 övlad atasıdır. O, məşhur Kevin roluna görə ən çox qonorar alan gənc aktyor kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Harri Lima rolunda çıxış edən aktyor Co Peş isə evi soymağa çalışan keçəl oğrudur. 49 yaşında həmin filmə çəkilən aktyor indi 82 yaşındadır.

35 yaşında Marv Merkants adlı qıvırcıq saçlı oğruya həyat verən aktyor Deniel Ştern isə ində 68 yaşdadır.

Kevinin atasını oynayan Piter MakKallister rolundakı aktyor Con Herd filmə çəkiləndə 46 yaşı vardı. Aktyor 2017-ci ildə 71 yaşında ürək xəstəliyindən ölüb.

Kevinin anası Keyt MakKallisteri canlandıran aktrisa Ketrin O'Hara filmdə 38, hazırda isə 71 yaşındadır.

Filmdə hotel işçisi Mister Hektor rolunda gördüyümüz aktyor Tim Karri filmdə 46 hazırda isə 79 yaşındadır. 2012-ci ildə ağır insult keçirib. Həmin vaxtdan bəri Karri əlil arabasından istifadə edir.

Kevinin qardaşı Baz MkKallister rolundakı aktyor Devin Retrey o zaman 15 yaşında idi. Hazırda isə aktyor 48 yaşındadır.

Digər hotel işçisini canlandıran aktyor Rob Şneyderin isə hazırda 62 yaşı var.

Göyərçinlərlə yaşayan qadın obrazında gördüyümüz aktrisa Brenda Friker isə 80 yaşındadır. 

Filmdə oyuncaq mağazasında işləyən yaşlı kişi — mağazanın sahibi Mr. Duncan obrazı ilə Eddie Braken çıxış edir. Ekran işində 77 yaşında olan sənətçi 2002-ci ildə 87 yaşında vəfat edib. 

Billurə

Seçilən
66
olke.az

1Mənbələr