AZ

Londondakı Tover qalasında etiraz: Tac saxlanılan vitrinə yemək atılıb Video

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Londondakı Tover (Tower) qalası, Birləşmiş Krallıqda bərabərsizlik əleyhinə keçirilən etiraz zamanı tac zinət əşyalarının nümayiş edildiyi şüşə vitrinə yemək atıldığı üçün qismən bağlanıb. Hadisə, yeni yaranmış zorakı olmayan müxalifət qrupunun - "Take Back Power" (Gücü Geri Al) tərəfindən təşkil edilib. Qrup, şüşə vitrinə xəmirdən və alma kəsməsindən atıldığını, bu vitrinə isə imperatorun dövlət tacı yerləşdirildiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, "Skotland Yard"ın məlumatına görə, hadisədən sonra dörd etirazçı həbs olunub. "Polis, 6 dekabr şənbə günü saat 09:48-də Tover qalasındakı nümayiş vitrinində cinayət hadisəsi barədə məlumat aldıqlarını bildirib: “Dörd etirazçı şübhəli qidaları vitrinə atdıktan sonra ikisi hadisə yerini tərk edib. Londonun Şəhər Polis təhlükəsizlik xidmətləri ilə yaxından əməkdaşlıq edərək dörd nəfəri cinayətə görə həbs edib",- deyə bildirilir.

Londonda ən çox ziyarət edilən turistik məkanlardan biri olan Tover qalası, polis araşdırması davam etdiyi üçün qismən ziyarətçilərə bağlanıb.

"Take Back Power" Böyük Britaniya hökumətindən "həddindən artıq sərvətə vergi qoymaq və Britaniyanı düzəltmək" səlahiyyətinə malik daimi vətəndaşlar məclisi - "Xalq Evi"nin yaradılmasını tələb etmək üçün bu aksiyanı həyata keçirdiyini bildirib.

Qrupun paylaşdığı videolarda, bir etirazçının böyük bir alüminium qabdakı alma kəsməsini çantadan çıxarıb vitrinə çırpdığı və digərinin parıltılı sarı xəmiri vitrinə dökdüyü görünür. Etirazçılar daha sonra gödəkçələrini açaraq üzərində “Gücü Geri Al” şüarı yazılmış T-shirtlərini göstəriblər. Bir etirazçı “demokratiya dağıldı” deyərkən, digəri isə “Britaniya parçalanıb. Biz burada millətin zinətləri qarşısında gücü geri almağa gəldik” deyib.

Qrup, 19 yaşlı Zahra Ali adlı Londondan olan tələbə aktivistini adını açıqlayıb. Zahra bildirib: “Ölkəmiz gözlərimizin önündə dağılır. Kral Çarlzın taxt-tac mərasiminə gedərkən keçdiyi küçələrdə evsiz insanlar ölür, halbuki bu ölkədə evsizlərdən daha çox boş ev var. Zamanı gəldi ki, ultra zənginlər öz ədalətli paylarını ödəsinlər.”

Turistlərin bu etirazçılığa təəccüblə reaksiya verdiyi, Tover qalasında çalışan bir işçinin isə “Bağışlayın, bağışlayın” deyərək yardım çağırdığı görünür. İlk məlumatlara görə, qaladakı bütün sahə bağlanıb. Lakin, Metropoliten polisinin verdiyi son məlumata görə yalnız Zinət Əşyaları Evi bağlanıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
55
icma.az

1Mənbələr