AZ

Çin ordusunun sıralarında robotlar da döyüşəcək

Reyting.az saytına istinadən ain.az xəbər verir.

Çin real döyüş vaxtında dəqiqliklə əsgərin hərəkətlərini təkrarlaya bilən müasir hərbi robotunu təqdim edib. Yeni robot ÇXR Azadlıq Ordusu sistemində süni intellektin köməyi ilə müasir dövrdə baş verə biləcək müharibələr üçün avtonom rejimdə döyüş kompleksləri yaratmaq strategiyasının bir hissəsidir.

Reyting.az xəbər verir ki, yeni robot ilk dəfə 2025-ci ilin noyabrında Çin Xalq Azadlıq Ordusu sistemi daxilində fəaliyyət göstərən ÇXR Quru Qoşunlarının Mühəndislik Universitetinin təşkilatçılığı ilə həyata keçirilmiş 12-ci Beynəlxalq Kadet Həftəsində nümayiş olunub. Tədbirdə Çinlə yanaşı, 13 ölkənin kursantları iştirak edib.

Xüsusi sensorlu hərbi geyimlə təmin edilən operatorun hərəkətlərini robot tam şəkildə təkrarlayıb. "Döyüşçü robot" uğurlu nəticə nümayiş etdirib. Robot zərbələri, müdafiə manevrlərini və digər döyüş elementlərini dəqiqliklə yerinə yetirə bilib. İlk nümayişdə həmçinin süni intellekt əsaslı vizual tanıma və metal detektorları ilə təchiz edilən mina axtaran robotlar da təqdim olunub.

Analitiklərin fikrincə, hərbi sahədə istifadə ediləcək bu cür yeni, modern qurğular Çin ordusunun uzun illərdir ki, hərbi sənayedə mərhələlərlə inkişaf etdirdiyi "intellektual müharibə" konsepsiyasına keçiddə mühüm rol oynayacaq. Ekspertlər bildiriblər ki, Çin artıq dünyanın ən güclü, həm də ən müasir ordusunu yaratmaq iddiasını ortaya qoyub və belə yeniliklər döyüş meydanında Xalq Azadlıq Ordusu hissələrinin hazırlığını, eyni zamanda çevikliyini getdikcə daha çox artıracaq.

Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
reyting.az

1Mənbələr