İngiltərə Premyer Liqasının 15-ci turunda turnir cədvəlinin lideri “Arsenal” səfərdə “Aston Villa”nın qonağı olub.
QOL.az xəbər verir ki, Birminqemdəki “Villa Park” stadionunda baş tutan gərgin qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
6 dekabr
"Aston Villa" – "Arsenal" - 2:1
Qollar: M.Keş, 36, E.Buendia, 90+5 – L.Trossard, 52
Bu məğlubiyyətə baxmayaraq “Arsenal” 33 xalla turnir cədvəlinə başçılıq edir. Xallarını 30-a çatdıran “Aston Villa” isə ikinci pilləyə yüksəlib.
Qeyd edək ki, növbəti turda “Arsenal” dekabrın 13-də doğma meydanda “Vulverhempton”u qəbul edəcək, “Aston Villa” isə bir gün sonra səfərdə “Vest Hem”lə qarşılaşacaq.