AZ

Bakı və İrəvan arasında sülh sazişi böyük uğurdur – Qriqoryan

“Bakı və İrəvan arasında sülh sazişinin paraf edilməsi Cənubi Qafqazda “böyük uğur” olub və bölgədəki ümumi atmosferi dəyişib”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Doha sammitində bildirib.

“İndi biz artıq sadəcə konfliktin özünü müzakirə etmirik, daha çox sülhü necə möhkəmləndirmək və onu institusionallaşdırmaq yollarını müzakirə edirik”, – Qriqoryan qeyd edib.

Onun sözlərinə görə, gələcəkdə sülh sazişinin ratifikasiyası və regiondakı kommunikasiya xətlərinin açılması Vaşinqtonda əldə olunmuş razılaşmaların institusionallaşdırılması prosesinin bir hissəsini təşkil edir.

Seçilən
183
nocomment.az

1Mənbələr