Gəncədə baş vermiş yol-nəqliyyat qəzasında xəsarət alan yaralıların sayı artıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə zamanı 2006-cı il təvəllüdlü Günel Hüseynova və 1999-cu il təvəllüdlü Rəhim Zamanovla yanaşı, 1958-ci il təvəllüdlü Natiq Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
İlkin məlumata görə, "Mercedes" markalı avtomobil daş hasara çırpılıb.
Faktla bağlı araşdırma aparılır.