Bu gün Azərbaycan Premyer Liqasında 14-cü tura start verilib.
Msport.az xəbər verir ki, turun açılış matçında “Zirə” “Qarabağ”ı qəbul edib. Meydan sahibləri 31-ci dəqiqədə İssa Cibrilanın qolu ilə önə keçsə də, fasilə ərəfəsində Kustadio avtoqol edib – 1:1.
Ağdam klubu 30 xalla liderliyini davam etdirir. Bir oyun çox keçirən “Zirə” 27 xalla 2-ci pillədədir.
6 dekabr (şənbə)
17:00. “Zirə” – “Qarabağ” – 1:1
Qol: İssa Cibrila, 31 (1:0), Enrike Kustodio, 44-avtoqol (1:1)
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Əliyar Ağayev
AVAR: Vüsal Məmmədov
Zirə İdman Kompleksinin stadionu
7 dekabr (bazar)
14:00. “Karvan-Yevlax” – “Şamaxı”
8 dekabr (bazar ertəsi)
17:00. “Qəbələ” – “Turan Tovuz”
20:00. “Sabah” – “Neftçi”
9 dekabr (çərşənbə axşamı)
17:00. “Araz-Naxçıvan” – “Kəpəz”
19:30. “Sumqayıt” – “İmişli”