"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula 1" üzrə dünya çempionatının 24-cü mərhələsi – Əbu-Dabi Qran-prisinin təsnifat mərhələsinin qalibi olub.
Aznews.az xəbər verir ki, yarışlar "Yas Marina" avtodromunda keçirilib.
İkinci yeri "McLaren" komandasının britaniyalı pilotu Lando Norris tutub. İlk üçlüyü isə onun komanda yoldaşı, avstraliyalı Oskar Piastri tamamlayıb.