Səudiyyə Ərəbistanından ayrılmaq istəyən uruqvaylı hücumçu Darvin Nunyesin adı "Fənərbağça" ilə hallanır.
Fanat.Az xəbər verir ki, “Əl-Hilal”ın futbolçusu qış transfer dövrü üçün İstanbul təmsilçisinə təklif olunub.
Türkiyə mətbuatının yaydığı məlumata görə, 26 yaşlı hücumçu mövsümün əvvəlindən bəri gözlənilən çıxışı edə bilmədiyi üçün komandadan ayrılmağa müsbət baxır.
Onun “Əl-Hilal” forması ilə keçirdiyi son 11 matçda 5 qol və 2 assisti var.
"Fənərbağça"nın isə hücum xəttinə əlavə etmə düşüncəsi olduğu bildirilir. Lakin klubun Nunyeslə bağlı rəsmi addım atıb-atmayacağı hələlik məlum deyil.
Kamil Xudiyev