Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlu Dəməşqə səfər edib, orada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa ilə danışıqlar aparıb.
Türkiyə Milli Müdafiə Nazirliyi S.Bayraktaroğlunun Suriya müdafiə naziri Murhaf Əbu Kasr və suriyalı həmkarı Əli Nurettin Nasanla da görüşdüyünü bildirib.
İki ölkənin müdafiə nazirliklərinin nümayəndələri Türkiyə-Suriya Birgə Əməliyyatlar Qərargahında olublar.
Türkiyə nümayəndə heyəti həmçinin Dəməşqdə müdafiə sərgisində də iştirak edib.