Hər binada bir- neçə ev ödəniş etməyib, buna görə ümumi qəsəbənin istiliyi kəsilib.
Xezerxeber.az-ın məlumatına görə, belə iddia ilə Ağdərə rayonu, Şıxarx qəsəbəsinin sakinləri çıxış ediblər.
Qəsəbə 1176 ailə üçün nəzərdə tutulub. Bu yaşayış məntəqəsi yeni inşa ediləndə müasir tələblər səviyyədində bütün təhcizatla təmin edilib. İlk illərdə istilik təminatında heç bir problem yaşamayan sakinlər indi qazanxana binasına ümidlə baxırlar.
Səsləndirilən iddialarla bağlı “Azəristiliktəchizat” ASC-dən belə cavab verilib: ''Şıxarx qəsəbəsində 34 bina, 1176 mənzil mərkəzi qayadada istiliklə təmin olunur. Hazırda həmin şəhərciyin borcu yarım milyon manata yaxındır. Hələ bu məhdudiyyətlərdən sonra ödənişlərin artması hesabina bu həddə qədər düşüb. Təbii ki, istehlakçılar vaxtlı-vaxtında ödəniş etməlidirlər ki, qazanxana işləsin, avadanlıqlar saz vəziyyətdə saxlanılsın”.
O da qeyd edilib ki, qəsəbədə borcu olmayan mənzil yoxdur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.