AZ

Avtoservis yandı - 10 milyonluq retro avtomobillər məhv oldu - FOTO

Çexiyada retro avtomobillərinin olduğu avtoservisdə yanğın olub. Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, hadisə şənbə günü gecə saatlarında paytaxt Praqanın Straşnitse rayonunda baş verib.

Məlumata görə, yanğın sahəsi 900 kvadratmetr olan avtoservisin təkər təmiri hissəsindən başlayıb.

Yanğınsöndürənlər alovun genişlənməsinin qarşısını alıblar. Hadisə nəticəsində təxminən 10 milyon dollar dəyərində olan retro avtomobillər yanaraq yararsız vəziyyətə düşüb.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

 

Obří

V

image

Seçilən
82
1
avtosfer.az

2Mənbələr