AZ

Ukraynada münaqişənin başa çatması üçün şərait yaranıb – Uitaker

“Hazırkı mərhələ münaqişənin sona çatması üçün ən əlverişli şərait yaradır”.

NOCOMENT.az xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker deyib:

“Bizim üçün bu, yəqin ki, ən yaxşı imkandır. Demək olar ki, heç vaxt olmadığı qədər sülhə yaxınlaşmışıq”, – səfir vurğulayıb.

Uitakerin sözlərinə görə, Vaşinqton hər bir tərəfə doğru yanaşma tapmalıdır ki, münaqişə başa çatsın.

“ABŞ Prezidenti Donald Trampın dediyi kimi, bu mürəkkəb vəziyyətdir və düzgün yanaşma seçilməlidir. Nəticədə isə bu müharibə bitməlidir”, – diplomat əlavə edib.

Seçilən
79
nocomment.az

1Mənbələr