AZ

Yenidən “istirahət edəcək”

Trent Aleksander-Arnold yenidən sıradan çıxıb.

"Football-plus.az" xəbər verir ki, “Real”ın ingiltərəli futbolçusu ili vaxtından əvvəl başa vurub.

La Liqanın 19-cu turunun “Atletik” ilə matçında (3:0) zədələnən müdafiəçinin sol budunda zədə aşkarlanıb. Onun təxminən iki ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Bu mövsüm La Liqada 8 oyunda meydana çıxan Trent 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin Çempionlar Liqasında 3 oyunda iştirak edib.

Seçilən
48
1
football-plus.az

2Mənbələr