AZ

Zelenskyy Uitkoff və Kuşnerə təcili zəng etdi

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Vitkoff və Cared Kuşnerlə telefon danışığı aparı.

Publika.az xəbər verir ki, bu barədəd Ukrayna lideri sosial media hesablarında paylaşım edib.

Danışıqlarda həmçinin ABŞ-da səfərdə olan Ukrayna nümayəndə heyətinin üzvləri, Ukrayna Təhlükəsizlik Şurasının katibi Rustem Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov da iştirak edib.

Ukrayna rəhbəri ABŞ-ın yeni administrasiyasına “intensiv yanaşmaya görə” açıq şəkildə təşəkkür edib, lakin etiraf edib ki, əsas razılaşma detallarının ona yalnız şəxsən təqdim olunacağı gözlənilir, çünki bu məlumatları telefonla ötürmək “çox risklidir”.

Tərəflər münaqişəni sadəcə dayandırmaq deyil, gələcəkdə yeni toqquşmaların qarşısını alacaq mexanizmləri müzakirə ediblər.

Seçilən
42
5
publika.az

10Mənbələr