AZ

Meta ağıllı eynəklərinin buraxılışını təxirə saldı

ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Meta" şirkəti artırılmış reallıq üçün nəzərdə tutulmuş ağıllı eynəklərinin buraxılışını 2027-ci ilə keçirib. Əvvəlcə şirkət cihazı 2026-cı ilin ikinci yarısında bazara çıxarmağı planlaşdırırdı.

Qaynarinfo xəbər verir ki, "Business Insider" bu barədə araşdırdığı daxili sənədlərə istinadən məlumat yayıb.

Nəşr dəqiqləşdirir ki, qurğu şirkət daxilində "Phoenix" kod adı ilə hazırlanır, daha əvvəl isə "Puffin" adlandırılırdı.

Jurnalistlərin məlumatına görə, eynəklər kifayət qədər yüngül olacaq - onların çəkisi 110 qramdan azdır. Lakin bu yüngüllük, batareya və prosessorun qurğudan ayrı yerləşdirilməsi hesabına əldə edilir.

"Meta"nın texniki direktoru Endryu Bosvort daha əvvəl "The Verge” nəşrinə qarışıq reallıq eynəyinin hazırlanmasını təsdiqləmişdi.

Xatırladaq ki, şirkətin "Ray-Ban” ilə birgə istehsal etdiyi, daxilində kamera olan ağıllı eynəklər xətti artıq mövcuddur. Cihazın ilk versiyası 2021-ci ildə satışa çıxmışdı.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
2
qaynarinfo.az

3Mənbələr