AZ

Mehdiyevin oğlu və kürəkəni həbs olunacaq

Dövlət çevrilişinə cəhddə ittiham edilərək oktyabrın 14-də həbs olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailə üzvləri də istintaqdan kənarda qalmayacaq. Metbuat.az-ın məlumatına görə, bu sözləri "Yeni Müsavat" Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu TV Musavat-a açıqlamasında deyib. Rauf Arifoğlu istintaq hərəkətinin genişlənəcəyini və yeni həbslərin olacağını bildirib: "Səs-küylü həbslər gözlənilir. Ramiz Mehdiyevin oğlu və kürəkəni də həbs olunacaq". Əməkdar jurnalist bildirib ki, Ramiz Mehdiyev və ailə üzvləri qeyri-qanuni yolla milyardlarla dollar vəsait əldə ediblər. Mehdiyevlərin həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda bir neçə milyard dollar dəyərində daşınmaz əmlakı var. Bu ailənin Bakıda min yox, minlərlə evi var. Qanunsuz yolla əldə edilmiş bu var-dövlət onların əlindən alınıb dövlətə qaytarılmalıdır. Qarabağda quruculuq-abadlıq işləri aparılır. Dövlətin həmin pula ehtiyacı var". Rauf Arifoğlu tanınmış müxalifət liderlərindən birinin də həbs olunacağını iddia edib: ""Mehdiyev işi" çərçivəsində aparıcı siyasi partiyalardan birinin sədri tezliklə həbs ediləcək".

Nazim Hüseynzadə / Metbuat.az

Seçilən
17
8
metbuat.az

9Mənbələr