Bakı. Trend:
Avropa Rusiya ilə mümkün silahlı qarşıdurmaya hazırlaşır vəhərbi yönümlü iqtisadiyyat formalaşdırır.
Trend xəbər verir ki, bunuMacarıstanın Baş naziri Viktor Orban bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının rəsmi mövqeyi 2030-cuilə qədər müharibəyə hazır olmaqdır və bu məqsədlə hərbiiqtisadiyyat yaradılır.
Orban qeyd edib ki, Aİ ölkələri avtomobil istehsalını silah vəzirehli texnika buraxılışına yönəltməyə başlayıblar.
O vurğulayıb ki, hərbi genişlənmənin dörd mərhələsi var.
"Birinci mərhələ – diplomatik əlaqələrin kəsilməsi və bu artıqbaş verib. İkinci mərhələ – iqtisadi sanksiyaların tətbiqi vəəməkdaşlığın dayandırılması. Üçüncü mərhələ – çağırış sisteminintətbiqi və hərbi iqtisadiyyata keçid, hazırda həm biz, həm dəBrüssel bu mərhələdəyik. Dördüncü mərhələ isə birbaşa toqquşmamərhələsidir", - deyə Orban bildirib.