ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransa prezidenti Emmanuel Makron 8 dekabrda Ukrayna prezidenti Vladimir Zelenski, eləcə də Böyük Britaniya və Almaniya liderləri ilə görüşmək üçün Londona gedəcəyini açıqladı.
Bizimyol.info xəbər verir ki, o, iştirakçıların Ukraynadakı vəziyyəti və ABŞ-ın vasitəçiliyi ilə davam edən danışıqlardakı irəliləyişi müzakirə edəcəklərini söyləyib.
Makron çıxışında bildirib ki, "Ukrayna bizim sarsılmaz dəstəyimizə güvənə bilər. Bu, "İstəklilər Koalisiyası" çərçivəsində həyata keçirdiyimiz səylərin mahiyyətidir".
O, Fransanın Ukraynanın təhlükəsizlik zəmanətlərini təmin etmək üçün ABŞ ilə işləməyə davam etmək niyyətində olduğunu vurğuladı. "Biz amerikalılarla birlikdə Ukraynaya təhlükəsizlik zəmanətləri vermək üçün bu səyləri davam etdirəcəyik ki, bunlar olmadan davamlı və daimi sülh mümkün deyil. Axı, bütövlükdə Avropanın təhlükəsizliyi də Ukraynada təhlükə altındadır", - deyə o əlavə etdi.
Makron həmçinin Rusiyanın Ukraynanın enerji və dəmir yolu infrastrukturuna kütləvi zərbələr endirməsini qınayıb. Fransa prezidenti bildirib ki, "Rusiya eskalasiya siyasəti yürüdür və sülh axtarmır... Biz Rusiyaya sülh əldə etməsi üçün təzyiq göstərməyə davam etməliyik".
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.