AZ

Tramp NATO-nun müdafiə xərclərinin böyük hissəsini onların üzərinə qoymaq istəyir - ABŞ-dan Avropaya tələb…


ABŞ Avropa ölkələrindən 2027-ci ilə qədər NATO-nun müdafiə xərclərinin əhəmiyyətli bir hissəsini öz üzərinə götürmələrini tələb edib. Söhbət xüsusilə raket istehsalı və kəşfiyyat məlumatlarının toplanmasına töhfə verməkdən gedir.

“Reuters” mənbələrə istinadən xəbər verir ki, Amerika tərəfi bu tələb yerinə yetirilmədiyi təqdirdə, Avropanı ABŞ-ın bəzi NATO müdafiə mexanizmlərində iştirakını məhdudlaşdırmaqla hədələyib.

Ekspertlərin fikrincə bu tələblər Vaşinqtonla əsas Avropa müttəfiqləri arasında əməkdaşlığı kökündən dəyişdirə bilər.

ABŞ Avropa ölkələrinin son üç ildə müdafiə qabiliyyətlərini nə qədər artırması məsələsindən narazıdır. Bu tələb bu həftə keçirilən görüşdə gündəmə gəlib.

TAHİR

Seçilən
17
baki-xeber.com

1Mənbələr