AZ

ABŞ-də Azərbaycan pasportu daşıyan erməni HƏBS EDİLDİ – Bakıya deportasiya ediləcək

ABŞ-nin Miqrasiya və Gömrük Xidmətinin əməkdaşları Los-Ancelesdə Azərbaycan pasportu daşıyan qanunsuz miqrantı həbs edib.

KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, həbs olunan şəxsin bir neçə məhkumluğu olub. O, heyvanlara qarşı vəhşilik, yanğın törətmək və qadağan olunmuş maddələrin saxlanılması kimi cinayətlərə görə məhkum olunub.

ICE-nin məlumatına görə, Rafael Vladimiroviç Sarkisyan noyabrın 25-də Los-Ancelesdə Miqrasiya və Gömrük Xidmətinin əməkdaşları tərəfindən həbs edilib. O, deportasiya prosesinə qədər həbsdə qalacaq.

Həbs olunan Sarkisyan böyük ehtimalla 1990-cı illərin əvvəllərində sovet pasportu ilə Azərbaycandan köçmüş ermənilərdən biridir və müstəqil Azərbaycan Respublikası vətəndaşı hesab edilmir.

Lakin, ABŞ-nin Miqrasiya və Gömrük Xidməti onu Azərbaycana deportasiya edəcək.

Seçilən
175
konkret.az

1Mənbələr