Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuela Prezidenti Nikolas Maduro ilə telefon danışığı aparıb.
Publika.az xəbər verir ki, söhbət zmanı Türkiyə ilə Venesuela arasındakı ikitərəfli əlaqələr və regional məsələlər müzakirə olunub.
"Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan Venesuela Prezidenti Nikolas Maduro ilə telefon danışığı edib.
Görüşdə Türkiyə ilə Venesuela arasındakı ikitərəfli münasibətlər və regional mövzular müzakirə olunub. Prezident Ərdoğan görüşdə Venesuela Prezidenti Maduraya bölgələrindəki prosesləri yaxından izlədiklərini, Türkiyənin problemlərin dialoq yolu ilə həllinə inandığını və bunu hər platformada ifadə etdiklərini bildirib.