AZ

Türkiyə Superliqası: “Fənərbağça” xal itirib

Bakı, 6 dekabr, AZƏRTAC

Futbol üzrə Türkiyə Superliqasında XV turun daha 3 oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, bütün matçlarda 1:1 hesabı qeydə alınıb.

“Kayserispor” səfərdə “Eyupspor”la, “Rizəspor” “Konyaspor”la, “Fənərbağça” “Başakşəhər”lə bərabərə qalıb.

Qeyd edək ki, hazırda Superliqada turnir cədvəlinə 36 xalla “Qalatasaray” başçılıq edir. Liderdən 3 xal az toplayan “Fənərbağça” 2-ci pillədə qərarlaşıb.

Seçilən
194
2
azertag.az

3Mənbələr