AZ

Neftçala icra başçısının Balıq Festivalında geyindiyi 13 min avroya aldığı plaş GÜNDƏM OLDU

4 dekabr Nefçala rayonunda, Balıq Festivalı keçirilib. Festivalda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov,İcra Hakimiyyətinin nümayəndələri və rayon əhalisi iştirak edib.

 

Facebook sosial platformasında “Bizim Salyan” səhifəsində Mirhəsən Seyidovun çıxış edərkən görüntüsü paylaşılıb. Paylaşımda başçının plaşının “Hugo Boss Burberry” brendinə məxsus olduğu və qiymətinin təqribən 13 000 avro(25.730 azn) olduğu qeyd edilib.

 

Paytaxt.org bildirir ki, məsələni araşdırmaq üçün Ajans.az Neftçala Rayon İcra Hakimiyyətinin qaynar xətti(021-267-42-43) ilə əlaqə saxlayıb. Lakin zənglərimiz cavabsız qaldı. Həmçinin əldə etdiyimiz,digər şəxsi nömrələr ilə də əlaqə saxlamağa çalışdıq. Amma sorğu və zənglərimiz cavabsız qaldı.

Seçilən
107
9
paytaxt.org

10Mənbələr