Türkiyə Superliqasında 15-ci tur davam edir.
QOL.az xəbər verir ki, 2-ci oyun günündə 3 matç keçirilib.
Maraqlıdır ki, hər 3 görüş eyni hesabla yekunlaşıb. “Fənərbaxça” “Başakşehir”lə heç-heçə edib. "Eyüpspor" "Kayserispor"la bərabərə qalıb. "Rizespor" isə "Konyaspor" səfərindən 1 xalla ayrılıb.
Hazırda turnir cədvəlində "Qalatasaray" 36 xalla (15 oyuna) liderdir. "Fənərbaxça" 33 xalla (15 oyuna) 2-ci, "Trabzonspor" isə 31 xalla (14 oyuna) 3-cüdür.
Türkiyə Superliqası, 15-ci tur
6 dekabr
"Eyüpspor" – "Kayserispor" - 1:1
Qollar: E.Akbaba, 51 – L.Benes, 70
"Konyaspor" – "Rizespor" - 1:1
Qollar: U.Nayır, 66-pen. – S.Akaydın, 45+2
"Başakşehir" – "Fənərbaxça" - 1:1
Qollar: B.Yıldırım, 81 – M.Şkrinyar, 64