Almaniya kansleri Fridrix Merz 6 dekabr axşamı İsrailə səfər edib.
APA xəbər verir ki, Merzi Yerusəlimdə İsrailin prezidenti İsxak Hersoq qəbul edib.
İkitərəfli görüş başlamazdan əvvəl Hersoq, Merzin kansler kimi İsrailə ilk səfəri olduğunu və iki ölkənin 2025-ci ildə diplomatik münasibətlərin 60 illiyini qeyd edəcəyini xatırladıb.
"Biz çox yaxın dost olduq və mənim üçün Almaniyanı və Avropanı müdafiə etmək üçün Almaniyada İsrail istehsalı olan Hetz-3 raketlərinin quraşdırılması tamamilə unikal, təsirli və vacib bir şeydir", - Hersoq bildirib.