BAKI, 7 dekabr. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron ilə Ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə Emmanuel Makron X sosial media platformasında yazıb.
Makron bildirib ki, söhbət zamanı o, Zelenskinin diqqətini Ukrayna məsələsinə dair son beynəlxalq müzakirələrin nəticələrinə yönəldib, o cümlədən Çinlə bağlı məsələlər barədə məlumat verib.
Fransa lideri həmçinin təsdiqləyib ki, dekabrın 8-də o, Zelenski, Almaniya Kansleri Fridrix Mers və Böyük Britaniyanın Baş Naziri Keir Starmer ilə Londonda Kiyev və Vaşinqton nümayəndə heyətləri arasında son görüşlərin koordinasiyasını davam etdirəcək.