AZ

Ukrayna təkzib etdi: Bu şəhər işğal edilməyib!

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya Xarkov vilayətinin Kupyansk şəhərində taktiki uğur qazandığını iddia edir. Şəhərin ələ keçirilməsi ilə bağlı iddialar faktiki vəziyyəti əks etdirmir.

Axar.az xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Dmitri Sneqirev deyib.

"Şəhərin şimal hissəsi Kupyanskın digər istiqamətlərindən uzaqdadır. Üstəlik, Ukrayna ordusu hazırda işğalçıların kiçik hücum qruplarını məhv etmək üçün sistemli və effektiv iş aparır. Bu cür qrupların irəliləməyə hər cəhdi itkilərlə nəticələnir", - o deyə vurğulayıb.

Qeyd edək ki, daha öncə Rusiya Prezidenti Vladimir Putin Kupyanska bir neçə günə nəzarəti ələ keçirəcəkləri barədə açıqlama verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
axar.az

2Mənbələr