AZ

Nyu Yorkda 18 yaşlı tələbə metroda yatan sərnişini yandırıb

Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Tələbə Hiram Karrero Nyu-York şəhər metrosunda yatan sərnişini yandırmaq ittihamı ilə həbs edilib.

Moderator.az xəbər verir ki, bu barədə "The Mirror" məlumat yayıb.

Hadisə Manhettendə baş verib. Müstəntiqlərin sözlərinə görə, gənc oğlan kağız parçasını yandıraraq, onu yatmış 56 yaşlı kişinin yanına qoyub.

Oyandıqdan sonra kişi geyiminin alışdığını görüb, lakin növbəti stansiyada platformaya çıxmağı bacarıb və polis onu görərək, alovu söndürüb.

Zərərçəkən yanıq xəsarətləri alıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, lakin sonradan vəziyyəti sabitləşib.

Əlil anasına qulluq edən və indiyədək heç bir cinayəti olmayan gəncin əməli təəccüb doğurub. Tələbənin gecə saat 03:00-da belə bir cinayət törətməsinə nəyin səbəb ola biləcəyini anlamaq mümkün deyil.

Karreronu 25 ilə qədər həbs cəzası gözləyir. Məhkəmə iclası yanvarın 4-nə təyin edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
3
moderator.az

4Mənbələr