AZ

MPL: "Karvan-Yevlax" "Şamaxı" ilə qarşılaşır

Misli Premyer Liqasında 14-cü tur davam edir.

Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha bir matş oynanılacaq. 

Dörd günü əhatə edəcək turun ikinci oyunu Yevlaxda baş tutacaq. "Karvan-Yevlax" öz meydanında "Şamaxı"nı qonaq edəcək. Meydan sahiblərinin sükanı arxasında ilk iki sınağını "Qarabağ"a qarşı keçirən Füzuli Məmmədov bu dəfə münasib rəqiblə üz-üzə gələcək. Sonuncu pillədən xilas olmağa çalışan yevlaxlılar doğma azarkeşləri önündə qələbə qazanmaq əzmindədir.  Start fiti saat 14:00-da səslənəcək qarşılaşmanı Cavid Cəlilov idarə edəcək. 

Qeyd edək ki, ötən gün keçirilən açılış oyununda "Zirə" ilə "Qarabağ" hərəyə 1 qol vurub 1 xalla kifayətləniblər (1:1). Turun qalan oyunları bazar ertəsi və çərşənbə axşamı reallaşacaq.

Misli Premyer Liqası
14-cü tur
7 dekabr 

14:00. "Karvan-Yevlax" – "Şamaxı"
Hakimlər: Cavid Cəlilov, Namiq Hüseynov, Kamran Bayramov, Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov, Emin Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu.

Seçilən
0
1
fanat.az

2Mənbələr