ABŞ Prezidenti Donald Trampın ikinci müddətinin başlanğıcında, birinci dövründə nüfuzlu məsləhətçi vəzifəsində çalışan böyük qızı İvanka işdən uzaqlaşmaq məcburiyyətində qaldı.
Publika.az xəbər verir ki, Rusiya Strateji Araşdırmalar İnstitutunun (RISS) aparıcı eksperti, tarix üzrə fəlsəfə doktoru Mixail Alximenkov bunun səbəbini Lenta.ru-ya müsahibəsində izah edib.
"O, əsas siyasətə açıq şəkildə daxil olmaq üçün Nyu-York liberal quruluşu ilə çox bağlıdır”, - ekspert deyib.
Amerikaşünas qeyd edib ki, Tramp ailəsinin əvvəllər sıx əlaqədə olduğu Nyu-York maliyyə və siyasi elitaları öz baxışlarında daha liberaldır. Buna görə də, işgüzar əlaqələri davam etdirmək istəyi ilə İvanka atasının siyasətindən bir qədər uzaqlaşıb.