Misli Premyer Liqasında XIV turun qarşılaşmaları keçirilir.
Offsideplus.az xəbər verir ki, bu gün bir oyun baş tutacaq.
"Karvan-Yevlax" doğma meydanında "Şamaxı"nı qəbul edəcək.
Yevlax təmsilçisi hazırda sonuncu - 12-ci yerdədir.
Onlar Premyer Liqada qalmaq üçün artıq xal qazanmağa başlamalıdılar.
"Şamaxı" isə 14 xalla 9-cu yeri tutur.
Misli Premyer Liqası, XIV tur
7 dekabr (bazar)
14:00 “Karvan-Yevlax” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Namiq Hüseynov, Kamran Bayramov, Nicat İsmayıllı
VAR: Rəşad Əhmədov
AVAR: Emin Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Yevlax şəhər stadionu