AZ

Rusiyanın müharibə ilə bağlı sirri açıldı 3 mühüm məqam

ain.az, GlobalInfo saytına istinadən bildirir.

“Rusiyanın pilotsuz təyyarələri üçün yeni texniki avadanlıq alması, kəşfiyyat və taktiki dəyişikliklər Ukraynaya kütləvi zərbələrinin effektivliyini  artırıb”.

Globalinfo.az xəbər verir ki, bunu hərbi bloger Yuri Podolyaka deyib.

“PUA-larımız təkcə gecələr deyil, səhərlər də kütləvi zərbələr endirirlər. Əslində, sonuncu iki böyük zərbə məhz belə idi. Yəni, pilotsuz təyyarələrin kameraları hədəfləri yaxşı görəndə vurdular”, – o vurğulayıb.

Hərbi blogerin fikrincə, Rusiya Silahlı Qüvvələrinin PUA-ları daha sürətli olub, həm də aşağı hündürlüklərdə uçuş qabiliyyətini artırıb:

“Son dörd illik müharibədə kəşfiyyatımız hərfi mənada sıfırdan başlayaraq güclü və çoxsəviyyəli hədəf aşkarlama sistemi yaradıb”.

Qeyd edək ki, dekabrın 6-da Rusiya qoşunları Ukrayna ordusunun istifadə etdiyi enerji və nəqliyyat infrastrukturu obyektlərinə, hərbi-texniki avadanlıq anbarına, Ukrayna bölmələrinin məntəqələrinə ziyan vurub.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
globalinfo.az

1Mənbələr