AZ

Pyotr Yan Dvalişvilini məğlub edərək çempionluq kəmərini geri qaytardı

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Bu gün ABŞ-nin Las Veqas şəhərində keçirilən UFC 323 turniri azarkeşlərə bir-birindən maraqlı döyüşlər təqdim edib.

BAKU.WS xəbər verir ki, gecənin əsas qarşılaşmasında turnirin hazırkı yüngül çəkidə dünya çempionu Merab Dvalişvili il ərzində dördüncü dəfə titulunu qorumaq üçün oktagona çıxıb.

Onun rəqibi keçmiş çempion, rusiyalı Pyotr Yan olub.

İki idmançı daha əvvəl 2023-cü ilin yazında qarşılaşmış və o zaman qələbəni hakimlərin yekdil qərarı ilə Dvalişvili qazanmışdı.

Bu dəfə isə eyni nəticə, amma fərqli qalib qeydə alınıb. Hakimlərin yekdil qərarı ilə Yan üstün olub və yüngül çəki titulunu geri qaytarıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
55
baku.ws

1Mənbələr