AZ

Lionel Messi karyerası ərzində üçüncü ölkənin də çempionu oldu

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

Lionel Messi karyerası ərzində üçüncü liqa titulunu qazanıb. Sport24.az xəbər verir ki, onun formasını geyindiyi "İnter Mayami" MLS Kubokunun pley-off finalında "Vankuver Uaytkeps"i 3-1 hesabı ilə məğlub edib.

Messi ABŞ-da ilk çempionluğunu qazanıb və İspaniya və Fransadan sonra üçüncü ölkədə "qızıl"ı boynundan asıb. Argentinalı ulduz "Barselona" ilə 10, Fransada PSJ ilə bir dəfə çempion olub.

Qeyd edək ki, Messi 2023-cü ildən "İnter Mayami"nin şərəfini qoruyur. Onun klubla müqaviləsi 2028-ci ilə qədərdir. Messi bu mövsüm bütün turnirlərdə 41 oyunda meydana çıxıb, 38 qol vurub və 23 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
sport24.az

1Mənbələr