AZ

Makron Çin səfərindən sonra dərhal bunu etdi

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa Prezidenti Emmanuel Makron Çin səfərindən sonra ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə özü məlumat yayıb.

“Mən Zelenski ilə müəyyən məsələləri bölüşdüm. Məsələn, son beynəlxalq müzakirələrim, xüsusən də Çində Ukrayna münaqişəsinin həlli ilə bağlı söhbətlər bu sırada yer alır”, – Makron bildirib.

Siyasətçi Zelenski ilə söhbətinin başqa təfərrüatlarını açıqlamayıb.

Qeyd edək ki, EMakron daha əvvəl Çinə səfər edib . Çin prezidenti Si Cinpinlə danışıqlar zamanı o, qarşıdan gələn qış üçün Ukraynanın enerji infrastrukturuna hücumlara moratorium qoymağı təklif edib.

Makron Pekini BMT Nizamnaməsinə uyğun olaraq davamlı sülhü təşviq etmək üçün öz təsirindən istifadə etməyə çağırıb.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
globalinfo.az

1Mənbələr